Putindən Qarabağdakı sühməramlıların sayı ilə bağlı VACİB AÇIQLAMA
Dünya
17-12-2020, 18:24
Rusiy Prezidenti Vladimir Putin illik mətbuat konfransında Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin artırılması məsələsinə aydınlıq gətirib.
O, bunun yalnız münaqişə tərəfləri ilə razılaşmaqla mümkün olacağını bildirib:
"Sülhməramlılarımızın sayının artırılması mümkündür, ancaq bu xüsusilə Azərbaycan tərəfi də daxil olmaqla, bütün münaqişə tərəfləri ilə razılaşdırılarsa, mümkün olar.
Çünki əvvəlcə sülhməramlılarımızın sayını müzakirə etmişik və bu rəqəm razılaşdırılıb”.
