Ərdoğan yenidən AKP-nin sədri seçildi

Dünya
24-03-2021, 17:52

Ərdoğan yenidən AKP-nin sədri seçildi

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilib.

 

"Anadolu” agentliyi xəbər verir ki, bu gün AKP-nin Ankarada keçirilən VII qurultayında bununla bağlı səsvermə olub.

R.T.Ərdoğan qurultayda iştirak edən 1 428 şəxsin səsini qazanıb və növbəti dəfə partiyanın sədri seçilib.