Kremldən Putin-Bayden görüşü barədə açıqlama

Dünya
13-05-2021, 17:36

 

Kremldən Putin-Bayden görüşü barədə açıqlama

 

"ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putinin görüşünün keçirilməsi vaxtı və yeri barədə hələlik razılaşma yoxdur, məsələ müzakirə mərhələsindədir”.

 

RT-nin məlumatına görə, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu mənada hələlik heç bir razılaşma yoxdur. Bu məsələ həqiqətən müzakirə, təhlil mərhələsindədir”, - deyə D.Peskov bildirib.