Pakistanın Əfqanıstandakı səfirliyi yenidən öz işinə başlayıb
Dünya
18-08-2021, 15:25
Pakistanın Əfqanıstandakı səfiri Mansur Əhməd Xan Kabilə geri qayıdıb.
Xeberekspress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd məlumat verib.
Onun sözlərinə görə, Əfqanıstanda artıq sülh var. Buna görə də Pakistan səfiri "Torxam" sərhəd-keçid məntəqəsindən keçməklə Əfqanıstana qayıdıb.
Nazir sərhədlərdə vəziyyətin normal olduğunu və 800 yük maşınının Əfqanıstana keçdiyini bildirib.
