Əşrəf Qani ilə ailəsinin yeri məlum oldu

Dünya
18-08-2021, 18:26

Əşrəf Qani ilə ailəsinin yeri məlum oldu

 


Ölkədən çıxan Əfqanıstan Prezidenti Əşrəf Qani və ailəsinin yeri məlum olub. 

Xeberespress.az Reuters-ə istinadən xəbər verir ki, devrilmiş Prezident Birləşmiş Ərəb Əmirliklərindədir.

Bu barədə həmin ölkənin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Əşrəf Qani ailəsi ilə BƏƏ-yə qaçıb. 

Xatırladaq ki, "Taliban" Əfqanıstana nəzarəti ələ keçirəndən sonra Ə. Qani ölkəsini tərk etmişdi.