Paşinyan Ərdoğanla gizli görüş keçirilməsini təklif etdi
Dünya
20-09-2021, 13:17
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gizli görüş keçirilməsini istəyib.
Bunu T.Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında deyib.
T.Ərdoğan bildirib ki, Paşinyanın bu istəyini ona Gürcüstanın Baş naziri deyib:
"Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar".
