Putindən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA

Dünya
18-11-2021, 18:08

Putindən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA

 


"Bir il öncə Rusiyanın aktiv vasitəçilik səyləri nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar regiondakı vəziyyətin hələ də sona qədər sakitləşmədiyini göstərdi”.

Bunu Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında bildirib.