Putin TŞ-nin iclasını çağırdı
Dünya
18-02-2022, 16:25

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirib.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, iclasın mövzusu yüksək texnologiyalı sənayenin inkişafı olub:
"Əlbəttə, Ukrayna ətrafında yaranmış vəziyyət də müzakirə edilib. Dünən qərbli rəqiblərimizə verilən sənədin fonunda təxribatla müşayiət olunan və getdikcə artan gərginliyə diqqət çəkilib”.