Türkiyə ordusu daha 3 terrorçunu məhv etdi

Dünya
21-04-2022, 17:18
Türkiyə ordusu daha 3 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pəncə-Şimşək” əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 3 silahlısı zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz terror yuvalarını dağıtmağa davam edir. İraqın şimalında antiterror əməliyyatına dəstək vasitələrimizlə 3 PKK-çı zərərsizləşdirilib”, - məlumatda bildirilib.