“Bu, mənim Putinin hərbi əsiri olduğumu təsdiqləyir” - Saakaşvili

Dünya
19-06-2023, 18:40
“Bu, mənim Putinin hərbi əsiri olduğumu təsdiqləyir” - Saakaşvili

"Bu gün mən məhkəmə iclasında çıxış etməli idim”.

Bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili özünün feysbuk səhifəsində bildirib.

O, məhkəmənin qeyri-müəyyən müddətə, ən azı payıza qədər təxirə salındığını vurğulayıb.

"Bugünkü nümunə həm də mənim Rusiya Prezidenti Vladimir Putinin və onun istiafdə etdiyi insanların hərbi əsiri olduğumu təsdiqləyir”, - deyə Saakaşvili qeyd edib.

Siyasətçinin sözlərinə görə, onun əsirlikdə olması Gürcüstan tarixində biabırçı səhifədir.