"Lukoyl" rəhbərlərindən biri həbs edildi
Dünya
4-04-2024, 22:00

Moskvanın Basmannı məhkəməsi "Lukoyl” ASC-nin struktur bölmələrindən birinin rəhbəri, külli miqdarda rüşvət verməkdə təqsirləndirilən Aleksey Stepanovu iki ay müddətinə istintaq təcridxanasına göndərib.
Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
O, Aleksey Aleksandroviç Stepanov barəsində 1 ay 30 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Stepanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsi (rüşvət vermək), 183-cü maddələri ilə (kommersiya, vergi və ya bank sirrini təşkil edən məlumatların qanunsuz əldə edilməsi və açıqlanması) ittiham olunub.