ABŞ səfirliyindən mina təhdidi ilə bağlı PAYLAŞIM
Dünya
4-04-2024, 22:30

Birləşmiş Ştatlar 1999-cu ildən minalarla mübarizədə Azərbaycana 38 milyon dollar yardım edib.
Bu barədə ABŞ-nin Azərbaycanndakı səfirliyi "X” sosial şəbəkəsində paylaşım edib.
"Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günündə ABŞ bütün dünyada bu təhlükələrin azaldılmasına sadiqdir və 120-dən çox ölkəyə, o cümlədən 1999-cu ildən Azərbaycana ayırdığı 38 milyon dollara yaxın yardım etməklə adi silahların məhv edilməsinin aparıcı maliyyə dəstəkçisidir”, - paylaşımda deyilir.