Rusiya gizli səfərbərliyə hazırlaşır

Dünya
11-12-2025, 11:09



Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə könüllülərin “tükənməsini” kompensasiya etmək üçün ehtiyatda olanların gizli səfərbərliyinə hazırlaşır.


Bu barədə Müharibə Təhqiqatları İnstitutunun (ISW) yeni hesabatında deyilir.


Analitiklər Rusiya liderinin 8 dekabr fərmanından dolayı bu nəticəyə gəliblər.


Sənədə görə, 2026-cı ildə müəyyən sayda ehtiyatda olanların məcburi xidmət və hərbi təlim üçün çağırılmasına icazə verilir.


Lakin hesabat müəllifləri Putinin genişmiqyaslı səfərbərliyə əl atacağını istisna edirlər./axar