Kremldən Londona - Cavabımız dəhşətli olacaq

Dünya
16-01-2026, 11:51
Kremldən Londona - Cavabımız dəhşətli olacaq



Böyük Britaniyanın müdafiə naziri Con Heylinin Rusiya Prezidenti Vladimir Putini müharibə cinayətlərinə görə məsuliyyətə  cəlb etmək üçün qaçırılması  barədə səsləndirdiyi fikirlərə sərt reaksiya verib.


Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, bunun  nəticələri dəhşətli olar. "Nüvə gücünün liderinə qarşı bu cür hərəkətlər etmək cəhdləri fəlakətli nəticələrə səbəb olacaq", - Zaxarova deyib.


O eyni zamanda bildirib ki, Ukraynadakı istənilən xarici qoşun Rusiya Silahlı Qüvvələri tərəfindən qanuni hədəf hesab ediləcək. “Britaniya qoşunları da istisna olmayacaq".