Qırğızıstanda mədəndə qaz sızması - Ölənlər var

Dünya
8-03-2026, 15:00
Qırğızıstanda mədəndə qaz sızması - Ölənlər var



Qırğızıstanın Batken vilayətində yerləşən kömür mədənində baş verən qaz sızması nəticəsində iki nəfər həlak olub, daha 18 nəfər xəstəxanaya yerləşdirilib.


Bu barədə Qırğızıstan FHN-nin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, hadisə "Batken Munay" mədənində qeydə alınıb. Xilasetmə qüvvələri təxminən 200 metr dərinlikdən həlak olmuş iki nəfərin meyitini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil verib.


Dəm qazı ilə zəhərlənmə səbəbindən 18 mədənçi rayon xəstəxanasına müraciət edib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.