Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq
Dünya
22-04-2026, 15:42

Ukrayna “Drujba” kəməri vasitəsilə neft nəqlini bərpa edib.
Bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova “Facebook” səhifəsində bildirib.
Onun sözlərinə görə, Slovakiyaya neft nəqlinin sabah səhər saatlarında bərpa olunması gözlənilir.