Süleymani bu səbəbə görə öldürülüb

Gündəm / Dünya
4-01-2020, 13:57
Süleymani bu səbəbə görə öldürülüb
 

ABŞ Milli Təhlükəsizlik müşaviri Robert O'Brayn iranlı general Qasım Süleymaninin öldürülməsində məqsədin daha çox qan tökülməsinin qarşısını almaq olduğunu bildirib.

RİA-nın xəbərinə görə, o bildirib ki, Süleymani ABŞ qoşunlarına hücüm planlaşdırmışdı:

"ABŞ İrandan münaqişəni kəskinləşdirməkdənsə, danışıqlar üçün "düzgün yol” seçməsini gözləyir. Münaqişəni dərinləşdirmək yaxşı qərar olmayacaq”.

 

Bundan əvvəl Tramp ABŞ-n Süleymanini zərərsizləşdirməyi İranla müharibəni davam etmək yox, dayandırmaq üçün etdiyini bildirib.

Yanvarın 3-də Süleymanini əvəz edən İsmayıl Qaani ABŞ-ın Yaxın Şərqdəki vətəndaşlarını öldürəcəyini deyib:

"Bir az səbirli olun, Orta Şərqdə amerikalıların cəsədlərini görəcəksiniz”.