Məzahir Pənahovdan vəzifəli şəxslərə XƏBƏRDARLIQ

Gündəm
9-01-2020, 19:28

Məzahir Pənahovdan vəzifəli şəxslərə XƏBƏRDARLIQ

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə müraciət edib.

Oxu.Az-ın məlumatına görə, M.Pənahov deyib ki, deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalıdırlar.

O bildirib ki, namizədlər imzaları qanunvericiliyin tələbinə uyğun toplamalıdırlar.

M.Pənahov vəzifəli şəxslərə və bələdiyyə üzvlərinə də xəbərdarlıq edib.

"Onlar namizəd üçün imzatoplamada iştirak edə bilməz. Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır”, - deyə M.Pənahov əlavə edib.