Yeni il və Milad bayramı ərəfəsində Minskdə 3 milyondan çox şampan və şərab satılıb

Gündəm / Dünya / Maraqlı
10-01-2020, 22:00
Yeni il və Milad bayramı ərəfəsində Minskdə 3 milyondan çox şampan və şərab satılıb
 

Yeni il və Milad bayramı ərəfəsində Minsk şəhərində 3 milyondan çox şampan və şərab satılıb.

Xeberekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Minsk Şəhər İcraiyyə Komitəsinin İstehlak Bazarı Baş İdarəsindən bildirilib.

Satışın 2018-ci illə müqayisədə çox olduğunu deyən idarə rəsmisi bayram günlərində şəhərdə 450 mindən çox Yeni il hədiyyələrinin alındığını da qeyd edib.

Qeyri-ərzaq məhsulları arasında siçovulların və siçanların simvolu olan suvenirlər, açar üzüklər, maqnitlər, şüşə toplar ən populyar mallara çevrilib.