Yol polisi yeni geyimdə - FOTO

Gündəm / Sosial
11-01-2020, 13:43
 Yol polisi yeni geyimdə - FOTO
 

Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlar yeni geyimə keçir. 

Oxu.Az-ın məlumatına görə, yeni formalar artıq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti əməkdaşlarına təhvil verilib.

Yol-Patrul Xidmətinin əməkdaşları yaxın günlərdə yeni, daha müasir geyim formasında xidmət aparacaq.

 

Yeni formaların respublika üzrə bütün yol polislərinə təqdim edilməsi gözlənilir.