Evlərin sığortalanması mövzusuna nöqtə qoyuldu - “Cərimə olmayacaq”
Gündəm / Sosial
13-01-2020, 22:30
İcbari Sığorta Bürosunun yaşayış yerləri və mənzillərin icbari sığorta məsələsi ilə bağlı verdiyi açıqlama, nəhayət ki, vətəndaşlar arasında yaranmış müzakirələrə aydınlıq gətirib.
"Qafqazinfo” xəbər verir ki, "İTV xəbər-Yekun"da məsələyə münasibət bildirən qurumun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, dövlət qeydiyyatında olan evlərin siyahısının Dövlət Əmlak Komitəsindən İcbari Sığorta Bürosuna ötürülməsi üçün zəruri qanunvericilik aktı yoxdur:
İqtisadçı ekspert Samir Əliyev bildirib ki, İcbari Sığorta Bürosunun rəhbərinin açıqlaması ajiotaja bir müddətlik nöqtə qoyub:
Odur ki, əmlakın sığortasının icbariliyi aradan qaldırılmalı, könüllü mexanizmə keçilməlidir. Əgər dövlət icbarilikdə qərarlıdırsa, hansı ki bunun qəti əleyhinəyəm, bu halda heç olmazsa, 3 ili öz büdcəsi hesabına ödəməlidir. Bu il isə icbari sığorta tətili olmalıdır, yəni cərimə məsələsi gələn ildən başlamalıdır”.
Qeyd edək ki, Bakı şəhəri üzrə 25000 manat sığorta məbləği olmaqla sığorta haqqı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20000 manat sığorta məbləği olmaqla sığorta haqqı 40 manat, digər şəhər və rayonlarda 15000 manat sığorta məbləği olmaqla sığorta haqqının 30 manat təşkil etdiyi barədə məlumatlar yayılmışdı.
