Metronun bu stansiyasında təmir başladı - RƏSMİ

Gündəm
15-01-2020, 14:47
Metronun bu stansiyasında təmir başladı - RƏSMİ
 

"Həzi Aslanov” stansiyasının "ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmirə başlanılıb".

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən  verilən məlumata görə, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 kilometr qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır:

"Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

 

Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır".

Qeyd edək ki, bu eskalatorda əsaslı təmir ilk dəfə aparılır