Bakıda 82 yaşlı qadın evində ölü tapılıb

Gündəm
15-01-2020, 21:40

Bakıda 82 yaşlı qadın evində ölü tapılıb

 

 
 

Bakıda evdə meyit tapılıb.

Bu barədə APA -ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Yaqodina Tamara Pavlovanın meyitini aidiyyəti üzrə təhvil veriblər.