Seçkilə bağlı Rusiyadan böyük nümayəndə heyəti gələcək - RƏSMİ
Gündəm
16-01-2020, 14:22
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Rusiyadan olan böyük nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bu barədə APA -nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.
İki ölkə arasında münasibətlərdən danışan rusiyalı parlamentari Rusiya-Azərbaycan əlaqələrinin nümunəvi olduğunu da qeyd edib.
