Lavrovdan istefasından sonra ilk açıqlama - “İşimi vicdanla görmüşəm...”
Gündəm / Dünya
16-01-2020, 14:45
Rusiya Xarici İşlər Nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov hökumətin istefasından sonra bugünə qədər gördüyü işləri şərh edib.
"Qafqazinfo” "İnterfaks”a istinadən xəbər verir ki, Lavrov vəzifəsini həmişə vicdanla yerinə yetirdiyini bildirib.
"Bütün bu illər ərzində mən nəinki bəzi vəzifələr tutmuşam, vəzifələrimi daim vicdanla yerinə yetirmişəm. Bunu indi də davam etdirirəm”-, deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, Lavrov 2004-cü ilin martından Rusiyanın Xarici İşlər Naziri vəzifəsini icra edib. Bundan əvvəl, 1994-cü ildən 2004-cü ilə qədər Rusiya Federasiyasının BMT və BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi olub.
