BDU-dan islam dinini təhqir edən müəllimə sərt cəza

Gündəm
16-01-2020, 18:56
BDU-dan islam dinini təhqir edən müəllimə sərt cəza
 

Dünən Bakı Dövlət Universitetində imtahan zamanı  müəllim İslam dinini və Quranı təhqir edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə universitetin III kurs tələbəsi Elnar Buludov sosial şəbəkədə məlumat paylaşıb.

Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı islam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu "terrorçu” adlandırdığını qeyd edib.

 

Məsələ barədə BDU-nun mətbuat xidməti ilə əlaqə saxladıq.

Universitetin mətbuat katibi Pərvanə İbrahimova saytımıza açıqlamasında bildirib ki, müəllim auditoriyadan uzaqlaşdırılıb:

"Tarix kafedrasının müəllimi Rabil Süleymanlıya şiddətli töhmət verilib”.