Azərbaycandan ABŞ-a narkotik aparılmasına cəhd edildi
Gündəm
16-01-2020, 21:20
Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycandan ABŞ-a göndərilən, invoys sənədində malın adı "coffee table" göstərilən poçt bağlaması Bakı Karqo Terminalına daxil olub. Həmin bağlamaya Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib.
