Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq etdi: Bu restoranlara getməyin!
Gündəm
28-01-2020, 22:30
Çin restoranlarına getməyi hələ ki, dayandırmaq lazımdır. İnsanlar bir müddət Çin qidalarından istifadə etməsinlər”.
Axeber.az bildirir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, koronavirus xəstəliyi lokalizasiya olunana, geniş araşdırmalar aparılana qədər bu restoranlara getmək məsləhət deyil: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər".
