Dünyanın ən yaşlı qadını vəfat edib
Gündəm / Maraqlı
29-01-2020, 21:20
Tacikistanda dünyanın ən yaşlı qadını vəfat edib.
Xeberekspress.az Trend-ə istinadən bildirir ki, Fatimə Mirzokulova 127 yaşında dünyasını dəyişib.
Qeyd olunur ki, o, 1893-cü il martın 13-də anadan olub.
Onun 8 övladı və 200-dən çox nəvə-nəticəsi olub.
Hazırda dünyanın ən yaşlı qadını Yaponiyada yaşayan 117 yaşlı Kane Tanaka hesab edilir. O, 1903-cü il yanvarın 2-də anadan olub.
