Moskvada təyyarə təcili eniş etdi: Sərnişin özünü partlatmaq istəyib

Gündəm / Dünya
30-01-2020, 16:31
Moskvada təyyarə təcili eniş etdi: Sərnişin özünü partlatmaq istəyib
 
Moskvanın Domodedova aeroportunda "S7” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib. 

Bu barədə BAZA "Telegram” kanalı xəbər yayıb.

İlkin məlumatlara görə, pilotlar sərnişinlərdən birinin özünü və bütün təyyarəni partlatmaq istədiyini bildirib.

Təyyarə Rusiyanın Simferopol şəhərindən Moskvaya uçurmuş.