Məzahir Pənahovdan XƏBƏRDARLIQ

Gündəm
30-01-2020, 21:00
 

Məzahir Pənahovdan XƏBƏRDARLIQ

 

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov xəbərdarlıqla çıxış edib.

Oxu.Az-ın xəbərinə görə, M.Pənahov deyib ki, müəyyən insanlar sensasiya xarakterli məlumatlarla yaşayır və onu özü üçün həyat tərzi hesab edir.

"Bəzi insanlar düşünür ki, hay-küy salmaqla bizi nəyəsə məcbur edə bilərlər. Hər bir məsələ qanun çərçivəsində öz həllini tapacaq”, - deyə M.Pənahov əlavə edib.

 

O bildirib ki, hay-küy salan insanlar vaxtlarını boş yerə sərf etməsinlər.

"Biz marağındayıq ki, çatışmazlıqlar olmasın. Əgər olarsa, onu edənləri cəzalandırırıq. Bütün bunlar qanunvericiliyə uyğun həyata keçirilir”.

Xatırladaq ki, bu ilin fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.