Qalereyadan Salvador Dalinin 10-dan artıq əl işi oğurlanıb

Gündəm
30-01-2020, 19:50
 Qalereyadan Salvador Dalinin 10-dan artıq əl işi oğurlanıb
 

İsveçrənin Stokholm şəhərində "Couleur” qalereyasından məşhur rəssam Salvador Daliyə məxsus 10-12 bürünc heykəl və qravüra oğurlanıb.

Bu barədə qalereyanın rəhbəri Peder Enstrem "Aftonbladet” nəşrinə məlumat verib.

 

Məlumata görə, hər bir sənət əsəri 200 mindən 500 minə qədər İsveç kronu (36166 - 89464 AZN) dəyərində olub.

Bildirilir ki, əsərlər iki nəfər tərəfindən "Audi” markalı avtomobillə aparılıb.

Polis cinayətkarların axtarışına başlayıb.