BDU-nun koronavirusa görə xəstəxanaya yerləşdirilən tələbəsindən YENİ XƏBƏR
Gündəm
4-02-2020, 14:12
Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilən Çin vətəndaşı, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 1996-cı il təvəllüdlü Liu Youşa evə buraxılıb.
Çinli tələbə yanvarın 27-dən xəstəxanada həkim nəzarəti altında saxlanılırdı.
Səhiyyə Nazirliyindən bildirilib ki, o, karantin müddəti bitdiyindən bu gün evə buraxılıb və səhhətində heç bir problem yoxdur.
