Deputatlığa namizəd Cəmil Dadaşov daha bir şəhid ailəsi ilə görüşdü - FOTOLAR
Gündəm
7-02-2020, 22:58
9 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərində 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Cəmil Dadaşov Abşeron rayonu Xlrdalan şəhəri, şəhid Vüsal Xəlilov küçəsi, ev 18 ünvanında yaşayan şəhid Xəlilov Vüsal Ədalət oğlunun ailəsini yad edib.

Kainat.tv-nın verdiyi məlumata görə, şəhid Vüsal Xəlilovun ailəsinin evində baş tutan görüşdə Qarabağ döyüşlərində canını fəda edən şəhidimizin anası Tahirə xanım Xəlilova və qardaşı Xəlilov Namiq Ədalət oğlu iştirak ediblər.
Deputatlığa namizəd Cəmil Dadaşov söhbət zamanı xalqımızın tarixən qəhrəmanlıq səlnaməsi yaratdığını, azadlıq, istiqlaliyyət, Vətən, dövlət uğurunda canlarından keçən qəhrəmanlarımızın qəlblərdə daim yaşayacaqlarını xüsusi ilə qeyd etdi: "Nə xoş bizlərə ki, bu cür şanlı tariximiz var".
Şəhid ailəsi bu addımı yüksək qiymətləndirib, ölkə başçısı tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını dilə gətirərək, fevralın 9-da keçiriləcək parlament seçkilərində layiqli namizədə səs verəcəklərini bildiriblər.
Kainat.tv






