Bakıda İranın milli bayramı qeyd edildi

Gündəm / Dünya / Maraqlı
10-02-2020, 21:40
Bakıda İranın milli bayramı qeyd edildi
 

İranın milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

Xeberekspress.az Modern.az-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə açıb.

Səfir daha sonra ölkəsinin uğurlarından danışıb: "Azadlıq və istiqlaliyyət İran xalqının əldə etdiyi dəyərlərdir. İnqilabın nailiyyəti bütün sahərdə diqqət çəkir".


C.Cahangirzadə Azərbaycan və İran əlaqələri barədə də danışıb: "İki dövlətin dostluğu və qardaşlığı əbədidir. İranla Azərbaycan əlaqələrinin inkişaf etdiyini göstərən bir sıra sübutlar mövcuddur. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri də xüsusi əhəmiyyət kəsb edir".