Əfqanıstanda terror - Ölənlər və xəsarət alanlar var
Gündəm / Dünya
11-02-2020, 14:41
Əfqanıstanın paytaxtı Kabildəki Marşal Fahim Milli Müdafiə Universitetinin qarşısında terror aktı törədilib.
Redaktor.az xəbər verir ki, kamikadze universitetin önündə özünü partladıb.
Partlayış nəticəsində 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Hücumu heç bir qruplaşma öz üzərinə götürməyib.
