Livanda toqquşmalarda 4 nəfər öldü

Gündəm / Dünya
11-02-2020, 21:13
Livanda toqquşmalarda 4 nəfər öldü
 
Livan parlamentinin yeni hökumətin etimad səsverməsinin iclasına etiraz etmək məqsədilə qanunverici orqanın paytaxt Beyrutdakı binası qarşısında toplanan nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasdında toqquşma olub.

"Report” "Al-Arabiya”ya istinadən xəbər verir ki, nəticədə 4 nəfər nümayişçi ölüb.

Qeyd edək ki, Livanda yeni hökumət yanvarın 21-də formalaşdırılıb. Bu gün parlamentdə Həsən Diyabın rəhbərlik etdiyi hökumətə etimad səsverməsi keçiriləcək.