Namizədlər yenidən MSK-nın qarşısına toplanır - BU GÜN
Gündəm / Sosial
15-02-2020, 10:31

9 saylı Binəqədi ikinci seçki dairəsindən qeydə alınmış 7 namizəd bu dairədən elan olunmuş seçki nəticələrinin ləğv edilməsi tələbi ilə bu gün saat 12:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) binasının qarşısına toplaşacaq.
Bu barədə deputatlığa namizəd Günel Səfərova məlumat yayıb.
Bildirilib ki, namizədlər MSK qarşısında etiraz bəyanatı səsləndirəcəklər.