Nazir Vilayət Eyvazovdan yeni təyinat

Gündəm
15-02-2020, 11:12
Nazir Vilayət Eyvazovdan yeni təyinat
 

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

 

Bunla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstismar və Texniki Təminat Şöbəsinin baş mühəndisi, polis polkovnik-leytenantı Samir Əhmədov həmin şöbənin rəisi təyin edilib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı təsdiqləyib.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.