"Sədərək"də neçə mağaza yanıb? - RƏSMİ
Gündəm
18-02-2020, 10:53
Sədərək Ticarət Mərkəzində baş verən yanğın zamanı 28 mağaza tam yanıb.
Bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat katibi Mikayıl Qədimov bildirib.
Onun sözlərinə görə, yanğın tam söndürülüb: "Yanğın hadisəsi tam söndürülüb, tüstüdən zəhərlənmə ilə bağlı bir neçə nəfərə ilkin tibbi yardım göstərilib. Hadisə nəticəsində yanan mağazalardakı mallar əsasən pərdə və parçalardır".
