Prezident köməkçisini işdən çıxardı

Gündəm / Dünya
19-02-2020, 12:58

Prezident köməkçisini işdən çıxardı

 

Rusiya prezidenti Vladimir Putin köməkçisi Vladislav Surkovu işdən azad edib.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar Kremlin saytında dərc olunub.

Qərarda deyilir:

"Surkov Vladislav Yuri oğlu Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsindən azad olunsun”.

Fərmanda eyni zamanda qərarın imzalandığı tarixdən etibarən qüvvəyə minəcəyi bildirilib.

Qeyd edək ki, V.Surkov bu vəzifəni 2013-cü ildən etibarən icra edir.
 
Onun əsas işlərdindən biri də Rusiya və Ukrayna arasında baş verən məsələlərə nəzarət  etmək, "Normandiya dördlüsü” formatında həyata keçirilən işlərdə iştirak etmək idi.