Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı

Gündəm
22-02-2020, 11:22

Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı

 

Sumqayıtda zibil qabından meyit tapılıb.

APA-nın xəbərinə görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

 

Həmin ərazidəki zibil qablarının birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib.

Körpənin meyiti ekspertizaya təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.