“XOCALI BİZİ SƏSLƏYİR”
Gündəm
23-02-2020, 16:42
Fevralın 21-də Şuşa Dövlət Musiqili Dram Teatrında Yasamal rayon Heydər
Əliyev Mərkəzinin, Azərbaycan Rəssamlar İttifaqının və Şuşa Dövlət
Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci
ildönümü ilə əlaqədar "Xocalıya ədalət!” kampaniyası çərçivəsində "Xocalı
bizi səsləyir” adlı sərgi tədbir keçirildi.
Tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə
Ömərova, Meksika səfirinin müavini Alberto Aura Gonzalez, Şuşa Dövlət
Musiqili Dram Teatrının rəhbəri Yadigar Muradov, Azərbaycan Rəssamlar
İttifaqının fəxri üzvləri Aygun və Elnurə İsgəndərovalar, rəssamlar ,
Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Şəhid ailələri,
Qazilər, Xocalı sakinləri və media nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları öncə teatrın foyesində "Xocalı bizi səsləyir” adlı rəsm
sərgisi və Yasamal Heydər Əliyev Mərkəzinin təşkil etdiyi kitab sərgisi ilə
tanış oldular.
Xocalı Soyqrımı qurbanlarına həsr olunmuş əsərlər haqqında qonaqlara
ətraflı məlumat verildi, Yasamal rayon Heydər Əliyev Mərkəzi tərəfindən
Meksika səfirinin müavini Alberto Aura Gonzalezə Xocalı faciəsini və
Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dildə nəşr olunmuş kitablar
hədiyyə olundu.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru
Naminə Ömərova açaraq bildirdi ki, Xocalı soyqırımı erməni silahlı
birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir. Qeyd
etdi ki, bu soyqırıma ilk dəfə olaraq hüquqi-siyasi qiymət ulu öndər Heydər
Əliyev tərəfindən verilib .O öz çıxışında Xocalı həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılması və faciənin mənəvi və siyasi-hüquqi cəhətdən
tanınmasına yönəlmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan " Xocalıya ədalət " beynəlxalq
kampaniyasının əhəmiyyətindən bəhs etdi.
Tədbirdə çıxış edən digər qonaqlar və sərginin təşkilatçıları Elnurə və
Aygun İsgəndərovalar XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri
soyqırımın indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri
kimi qiymətləndirilməsindən və bu faciə qurbanlarının başına gətirilmiş
müsibətlərdən danışdılar. Nümayiş olunan sərginin Xocalı faciəsini bir daha
yad etmək, onun mahiyyətini gənc nəsillərə anlatmaq məqsədilə təşkil
olunduğunu bildirdilər.
Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktryorlarının təqdimatında
"Xocalı faciəsi” adlı ədəbi-bədii kompazisiya nümayiş olundu.







