Bakıda bir dəqiqəlik sükut - Faciə qurbanları yad edildi
Gündəm
26-02-2020, 17:37
Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı vaxtilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit veriblər.
Eyni zamanda Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.
