Qadın - dünyanın ən gözəl və ən zərif varlığı.

Gündəm
8-03-2020, 01:30
 

Qadın - dünyanın ən gözəl və ən zərif varlığı.

 

 
 Qadın - bütün qanunları bir anda dəyişib, yenidən yaza biləcək bacarığında və qüvvəsində olan tək düha. Dünyanın çarxını öz istədiyi kimi əlində saxlamağa qüvvəsi olan bir  gücə bayram etmək üçün günmü lazım ? Qadın bütün sahələrdə öz ağlı və fərasəti -  bəzən mehribanlığı , bəzən sərtliyi , bəzən hiyləgərliyi , bəzən səmimiliyi ilə bütün insanlığı öz əlində cəmləşdirmiş bir varlığa-  bayram etmək üçün günmü gərək ? Onun üçün gün ayırmaq onun cılızlaşdırmağa xidmət etməzmi ?  Qadın hər evin çırağı , hər evin ocağıdır. Düşünək :  bu çıraq hər gün yanmasa , bu ocaq hər gün alovlanmasa həyatmı olar ? Qadın dünyaya övlad gətirəcək , bəşəriyyətə yaşam verə biləcək bir anadır. 
 
Ananın anası olan Vətən adlı müqəddəs bir evə  hər gün Şəhid gəlirsə , onun üçün bayram etməyə günmü lazım ?