Lider TV-nin yayımı bərpa olundu

Gündəm / Sosial
11-03-2020, 14:39

Lider TV-nin yayımı bərpa olundu

 

Lider TV-nin yayımı bərpa olunub.

Xeberekspress.az APA-ya istinadən xəbər verir ki, Lider telekanalı əvvəlki qaydada fəaliyyətini davam etdirir. 

Qeyd edək ki, dünən axşam saatlarından etibarən Lider TV-nin yayımı dayanıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib. O qeyd edib ki, bu, Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz aralarında həll edəcək, telekanalın maliyyə borcu var.