Sağlamlıq imkanı məhdud uşaqların birinci sinfə QƏBUL QAYDASI

Gündəm / Sosial
11-03-2020, 18:30

Sağlamlıq imkanı məhdud uşaqların birinci sinfə QƏBUL QAYDASI

 

Təhsil Nazirliyi sağlamlıq imkanı məhdud uşaqların birinci sinfə qəbulu qaydalarını açıqlayıb.

Nazirlikdən  verilən məlumata görə, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib, xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə birlikdə bu il may ayının 1-dən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlər komissiyaya uşağı da özləri ilə gətirməlidirlər.

Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün isə məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.