TƏBİB İtaliyadan qayıdan tələbələrlə bağlı məlumat yaydı - RƏSMİ

Gündəm / Sosial
11-03-2020, 22:28

TƏBİB İtaliyadan qayıdan tələbələrlə bağlı məlumat yaydı - RƏSMİ

 

İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. 

 

Bildirilib ki, onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb:

"Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcək”.