Müəllimlər, tələbə və şagirdlərə XƏBƏRDARLIQ EDİLDİ

Gündəm / Sosial
13-03-2020, 21:45
 Müəllimlər, tələbə və şagirdlərə XƏBƏRDARLIQ EDİLDİ
 

Nazirlər Kabinetinin sərəncamı ilə bütün təhsil və tədris müəssisələrində tədris dayandırılıb.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, insanlar bu məsələdə aktiv olmalıdlar:

"Onlar diqqətli olmalıdır. Sərəncamlarla həyatın bütün situasiyalarına nəzarət etmək mümkün deyil. Müəllimlər, tələbə və şagirdlər qərara əməl etməli və evdə qalmalıdırlar".

İ.Məmmədov bildirib ki, ictimaiyyət şayiələrə uymamalıdır:

"Rəsmi xəbərlər nə qədər də olsa, şayiələrə çatmır. İctimaiyyət şayiələrə yox, rəsmi məlumatlara əsaslanmalıdır".