Bakı-Tbilisi sərnişin qatarının hərəkəti məhdudlaşdırıldı - Biletlər geri qaytarılır

Gündəm
14-03-2020, 13:39

Bakı-Tbilisi sərnişin qatarının hərəkəti məhdudlaşdırıldı - Biletlər geri qaytarılır

 

 

Martın 14-ü saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib, Bakıya qayıdır.

Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

 

Bildirilib ki, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.

Qeyd edək ki, Bakı-Tbilisi qatarına alınmış biletlər üçün ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən sahiblərinə geri qaytarılacaq.